İmam səcdəyə getdi, sonra isə… – VİDEO

İndoneziyanın Əl-Ula məscidində sübh namazı zamanı imam dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, yanvarın 2-də İndoneziyanın Şərqi Kalimantan bölgəsindəki Balikpapan şəhərində Əl-Ula məscididin imamı Andi Syamsul Bahri səhər namazı zamanı infarkt keçirib.

Bəhrinin vəfatından sonra camaatdan bir nəfər imamlıq etməyə davam edib.

İmamın infarkt keçirdiyi anlar təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb.

Turan Rzayev
Globalinfo.az