iran us jpg

Xəbər verdiyimiz kimi, ABŞİran arasında İslamabad Memorandumu çərçivəsində qüvvədə olan 60 günlük atəşkəs müddəti başa çatıb. Bundan sonrakı mərhələnin necə olacağı isə maraq doğurur.

Atəşkəs müddəti uzadılacaq, yoxsa İrana hücumlar bərpa ediləcək?

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, memorandumun nə dərəcədə işlək olduğu şübhəlidir:

“Tərəflər bir çox öhdəliklərini yerinə yetirməyiblər: hücumlar davam edirdi. Memorandumun de-yure işləyib-işləməməsi başqa mövzudur, de-fakto işləmirdi.

Bundan sonrakı mərhələdə nələrin baş verəcəyi maraqlıdır. Hazırda hər iki tərəfdə müəyyən fikir ayrılıqları var. İki dövlətin daxili vəziyyətindən əlavə, region ölkələrinin fikirlərinə də əhəmiyyət verilməlidir. Yaxın Şərq, Körfəz ölkələri, Türkiyə və Pakistanın mövqeyi sülhün əldə edilməsindən yanadır.

İslamabad və Körfəz ölkələri, Qətər bu məsələdə aktivlik göstərirlər. Region ölkələri sürətli diplomatik fəaliyyəti təmin edə bilsələr, memorandumun müddəti uzadılacaq.

Lakin bu müddət uzadılsa da, tam sakitliyin əldə ediləcəyi demək deyil. Zaman-zaman müəyyən toqquşmalar olacaq, amma uzunmüddətli və genişmiqyaslı müharibə olmayacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: