6a7e8db9e35a86a7e8db9e35a917866787136a7e8db9e35a66a7e8db9e35a7

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə – 102 nəfər köçürülüb. Köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdən ibarətdir.

Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Onlar, həmçinin Azərbaycan torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.

6a7e8db9731936a7e8db97319417866787136a7e8db97318f6a7e8db973191 6a7e8db9ac2216a7e8db9ac22217866787136a7e8db9ac21f6a7e8db9ac220

Paylaş: