Yaxın günlərdə geomaqnit aktivliyin artacağı gözlənilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Meteoagent” portalı məlumat yayıb.
Bildirilib ki, avqustun 12-də yeni maqnit qasırğasının yaranma ehtimalı var. İlkin proqnozlara əsasən, qasırğanın güclü olmayacağı gözlənilir. Hazırda onun neçə gün davam edəcəyi məlum deyil.
Belə hadisələr zamanı bəzi insanlar baş ağrısı, yorğunluq, yuxululuq və səhhətində dəyişikliklər hiss edə bilər.