Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak ediblər.
Vida mərasimindən sonra Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib. O, 1944-cü ildə Füzuli rayonunda anadan olub. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adlarına layiq görülüb.
***
Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Globalinfo.az bildirir ki, bu barədə “Report”a mərhum şairin ailəsindən məlumat verilib.
Bildirilib ki, Çingiz Əlioğlu ilə əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
Mərasimin ardınca cənazə Qurd qapısı qəbiristanlığına aparılaraq dəfn olunacaq.
Qeyd edək ki, Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib.