Kür qurudu, sərvət üzə çıxdı – FOTOLAR

Kür çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində çayın Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissəsində arxeoloji əlamət daşıyan maddi-mədəniyyət nümunələrinin fraqmentləri aşkar edilib.

Bu barədə Globalinfo.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bununla bağlı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən həmin əraziyə baxış keçiriləcək:

“Baxışın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq, daha sonra arxeoloji materiallar aidiyyəti üzrə təhvil veriləcək”.

Kürün Neftçaladan keçən hissəsində arxeoloji nümunələr tapılıb - FOTO

Kürün Neftçaladan keçən hissəsində arxeoloji nümunələr tapılıb - FOTO