Tramp 1 900x506 1

ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində öz varisinin kim olacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında vitse-prezident C.D. Vensi yüksək qiymətləndirsə də, indidən hər hansı namizəd barədə qərar verməyin tez olduğunu deyib.

“Mən bu barədə bu yaxınlarda eşitdim. Düşünürəm ki, o, əla namizəddir, amma bu barədə düşünmək üçün hələ tezdir”, – deyə Tramp bildirib.

Beləliklə, ABŞ lideri Vensin mümkün namizədliyini müsbət qiymətləndirsə də, 2028-ci il prezident seçkiləri üçün varisini artıq müəyyən etdiyi barədə yayılan xəbərləri təsdiqləməyib.

Tahir Turan

Globalinfo.az

Paylaş: