2ab5dc05 4d94 3f79 a2b7 ce0ec917b8c6 850

Almaniya kansleri Olaf Şolts və ölkənin müdafiə naziri Boris Pistorius ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın NATO-ya üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq tələbinə etiraz ediblər.

Globalinfo.az xəbər verir ki, “Focus Online” video podkastına verdiyi müsahibədə Şolts bildirib ki, Almaniya üçün bu, hər il təxminən 200 milyard avro deməkdir.

“Bu, çox böyük puldur. NATO-nun çox aydın proseduru var və bu qaydalara görə alyans üzvləri ÜDM-in 2%-ni müdafiəyə ayırmalıdır. Ona görə də, təsdiq olunmuş normaya riayət etmək məntiqlidir”.

Öz növbəsində Almaniyanın müdafiə naziri Boris Pistorius da Trampın tələblərinin çox yüksək olduğunu deyib.  Bildirib ki, Almaniya üçün ÜDM-in 5 faizi bütün federal büdcənin təxminən 40 faizi deməkdir.

Xatırladaq ki, Donald Tramp NATO müttəfiqlərini müdafiə xərclərini ÜDM-in beş faizinədək artırmağa çağırıb. Eyni zamanda Avropa ölkələrindən Ukraynaya dəstəyin əsas hissəsini öz üzərinə götürməyi tələb edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: