“Dövlət Departamenti 22 iyulda Konqresə məktub göndərərək Türkiyənin hələ də F-35 qırıcı təyyarələrinin satışı üçün lazım olan tələbləri yerinə yetirmədiyini bildirib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Məktubda bildirilir ki, ABŞ qanunları Ankaranın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinə və əlaqəli avadanlıqlara sahib olduğu müddətcə, eləcə də gələcəkdə onları almamaq öhdəliyi götürənə və “Konqres tərəfindən müəyyən edilmiş digər sertifikatlaşdırma tələblərinə” cavab verənə qədər F-35-lərin Türkiyəyə verilməsini qadağan edir.
Türkiyənin hələ də bu şərtlərə cavab vermədiyi, ona görə də F-35-lərin satışının mümkün olmadığı vurğulanır.
Əliyar Xəlil
Globalinfo.az