king charles prince harry 0305 1 a492ac4dcda041e4bc44708421006e4c

Böyük Britaniya Kralı III Çarlz oğlu şahzadə Harrinin ölkəyə səfəri zamanı ona Bukinqem Sarayında qalmağı təklif edib. 

Globalinfo.az xəbər verir ki, şahzadə bu təklifi rədd edib.

Lakin bir müddət sonra qəbul etdiyini bildirərək atasına müraciət ünvanlayıb. Amma bu zaman ona “yox” cavabı verilib. Buna səbəb kimi şahzadənin gəlişinə az vaxt qaldığı üçün hazırlıqların çatdırılmasının mümkün olmadığı göstərilib.

Qeyd edək ki, şahzadə Harri ABŞ-da yaşayır. O, xanımı və uşaqları krallıq titulundan imtina ediblər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: