ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn Prezident Donald Trampa İrana qarşı zərbələrin davam etdirilməsi üçün ölkənin hərbi resurslarının məhdud olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Keyn xüsusilə ABŞ-ın sursat ehtiyatlarının azalmasından narahatlığını ifadə edib:
“O, Trampa və ABŞ hərbi rəhbərliyinə mövcud imkanlarla əməliyyatların uğurla həyata keçirilə biləcəyini desə də, bunun mümkün nəticələri barədə də xəbərdarlıq edib. Görüş zamanı ABŞ-ın genişmiqyaslı hərbi əməliyyatlara yenidən başlaması halında İranda mülki əhali arasında kütləvi itkilərin baş verə biləcəyi ehtimalı da müzakirə olunub”.
Bundan əvvəl ABŞ vitse-prezidenti Ceyms Di Vens də Ağ Evdə keçirilən görüşdə müharibənin daha da genişlənməsi riskindən narahatlığını dilə gətirib. Həmin vaxt Donald Tramp İrana qarşı əməliyyatların genişləndirilməsi variantını nəzərdən keçirirdi.
Əliyar Xəlil
Globalinfo.az