rusiya

Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa tətbiq edəcəyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, məhdudiyyət 27 iyuldan qüvvəyə minəcək.

Rusiya tərəfi qərarın səbəbi kimi Ermənistanda xammalın mənşəyini təsdiqləyən etibarlı sistemin olmamasını və istehsalçıların izlənilməsi mexanizminin yetərsizliyini göstərib.

Bu qərar son dövrlərdə Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlərin davamı hesab olunur. Daha əvvəl Rusiya Ermənistan mənşəli spirtli içkilər, çiçəklər, meyvə-tərəvəz, mineral sular və balıq məhsullarının idxalına da müxtəlif qadağalar və məhdudiyyətlər tətbiq etmişdi.

Yeni qadağanın iki ölkə arasındakı ticarət münasibətlərinə təsir göstərəcəyi gözlənilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: