Ukraynada sülhün tərəfdarıyıq,lakin… – Çin Prezidenti

Çin lideri Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə danışıqları məhsuldar adlandırıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Cinpin Putinlə danışıqların yekun ilə əlaqədar mətbuata açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Çin-Rusiya əlaqələri müasir dünya nizamı üçün çox vacibdir.

“Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq beynəlxalq münasibətlərin fundamental normalarını dəstəkləməyə davam edəcəklər.

Çin və Rusiya çoxqütblü dünya yaratmaq üçün konstruktiv gücü möhkəmləndirəcəklər”, deyə Cinpin qeyd edib.

Onun sözlərinə görə, Rusiya Federasiyası və Çin ŞƏT, BRİKS, G20 platformalarında əməkdaşlığı gücləndirəcək.

Cinpin Ukraynadakı böhrandan da danışıb. O, ölkəsinin Ukraynadakı münaqişənin həlli məsələsində sülh və dialoqun tərəfdarı olduğunu söyləyib.