2025 01 15t155900z 1692493471 rc2facarizl5 rtrmadp 3 usa trump rubio

ABŞ Kubanın çiçəklənməsində maraqlıdır, çünki bu ölkə sahillərimizdən cəmi 90 mil məsafədə yerləşir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib.

“Biz Kubanın azad ölkə olmasını istəyirik. Hazırda orada qərar qəbul edən şəxslərin ölkənin gələcəyi naminə dəyişikliklər etməsi çətin görünür. Kuba rəhbərliyi nə etdiyini bilmir, iqtisadiyyatı necə bərpa etməyi və əsas idarəetmə prinsiplərini anlamır.

Onlar 50 ildən çoxdur ki, iqtisadiyyatlarını başqalarının düzəltməsini gözləyirlər. Ən böyük qorxuları isə xalq üzərində siyasi nəzarəti zəiflətməkdir”, – deyə ABŞ dövlət katibi əlavə edib.

Qeyd edək ki, Marko Rubionun hər iki valideyni Kubadan ABŞ-a köç etmiş mühacirlərdir.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: