“Qərbin heç bir addımı Rusiyanı öz mövqeyindən geri çəkilməyə məcbur edə bilməz”.
Globalinfo.az xəbər verir ki, bu barədə Montereydə yerləşən Ceyms Martin Araşdırmalar Mərkəzinin Avrasiya üzrə nüvə silahlarının yayılmaması proqramının direktoru Hanna Notte “The New York Times” qəzetində dərc olunan məqaləsində bildirib.
“Çoxları Rusiyanın tamamilə təcrid olunacağını gözləyirdi. Lakin qısa müddət sonra onun rəqibləri anladılar ki, bu ölkə heç yerə getməyəcək”, – deyə Notte qeyd edib.
Ekspertin sözlərinə görə, Rusiya Ukraynadakı münaqişə başlayandan bəri Qərbdən kənar ölkələrin dəstəyini qazanıb.
Onun fikrincə, Avropa ilə münasibətlərin pisləşməsi Moskvanın Qlobal Cənub dövlətləri ilə daha sıx əlaqələr qurması hesabına qismən kompensasiya olunub.
Notte həmçinin vurğulayıb ki, Rusiyaya qarşı tətbiq olunan “misli görünməmiş” sanksiyalara baxmayaraq, ölkə iqtisadi və siyasi baxımdan fəaliyyətini davam etdirmək iqtidarındadır.
“Qərb nə edirsə etsin, Rusiya geri çəkilməyəcək”, – deyə ekspert yekunlaşdırıb.
Əliyar Xəlil
Globalinfo.az