ABŞ Prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Vaşinqtonun İran siyasəti ilə bağlı sərt açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Youtube” kanalında danışıb. Bolton bildirib ki, ABŞ-ın məqsədi yalnız amerikalı hərbçilərin ölümünə görə cavab vermək deyil, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi potensialını tamamilə sıradan çıxarmaq olmalıdır.
Onun sözlərinə görə, SEPAH İranın əsas hərbi gücüdür və bu səbəbdən İranın mülki rəhbərliyi ilə aparılan danışıqlar problemin həllinə kifayət etmir.
Keçmiş müşavir iddia edib ki, İranda rejim dəyişikliyi və uzunmüddətli sülhə nail olmağın yolu SEPAH-ın raket, pilotsuz uçuş aparatı və nüvə proqramı imkanlarının tamamilə məhv edilməsindən keçir.
Bolton həmçinin ABŞ-a İran daxilindəki müxalif qruplarla, o cümlədən kürd, bəluç və digər etnik icmalarla əməkdaşlığı genişləndirməyi tövsiyə edib.
Tahir Turan
Globalinfo.az