“Avropada Rusiya ilə mümkün danışıqlarda vasitəçi ola biləcək şəxslər ətrafında müzakirələr davam edir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, əsas problem Avropa İttifaqı (Aİ) ölkələrinin vahid namizəd üzərində razılığa gələ bilməməsidir.
“Müzakirə olunan şəxslər arasında Almaniyanın keçmiş kansleri Angela Merkel, Finlandiya Prezidenti Aleksandr Stubb və İtaliyanın sabiq baş naziri Mario Draqi var.
Məlumata görə, siyahıya digər adlar da əlavə olunub. Onların arasında Avropa Şurasının rəhbəri Antoniu Koşta, Finlandiyanın keçmiş prezidenti Sauli Niinisto və Avropa Komissiyasının sabiq rəhbəri Jan-Klod Yunker də yer alır”, – deyə nəşr yazıb.
Qeyd olunub ki, Aİ-də Ukraynanı dəstəkləyən bəzi dairələr belə bir xüsusi nümayəndənin təyin edilməsinə şübhə ilə yanaşır.
Onların fikrincə, bu addım sanksiyalar vasitəsilə Rusiyaya təzyiq göstərmək səylərini zəiflədə bilər.
Xatırladaq ki, Avropa İttifaqında hazırda 27 ölkə var.
Əliyar Xəlil
Globalinfo.az