1780508275

İranın Yəməndəki husi hərəkatına strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazının bağlanmasına hazırlaşmaq göstərişi verdiyi iddia olunur.

Globalinfo.az xəbər verir ki, İran mənbələrinin yaydığı məlumata görə, husilərə boğazın mümkün blokadası üçün hazırlıq işlərini sürətləndirmək tapşırılıb.

Bildirilir ki, qruplaşma Yəmənin dağlıq ərazilərində raket və pilotsuz uçuş aparatlarının yerləşdirilməsini başa çatdırıb və hazırda İran İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) son göstərişləri gözləyir.

İddialara əsasən, bu addım ABŞ Prezidenti Donald Trampın İranın enerji və mülki infrastrukturuna, o cümlədən elektrik stansiyaları və körpülərə zərbələr endirilə biləcəyi ilə bağlı açıqlamalarına cavab olaraq atılır.

Tahir Turan
Globalinfo.az 

Paylaş: