Xarici işlər naziri Ceyhun Bayramov iyulun 17-də Rusiyaya səfər edib.
Məlumata görə, səfər çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüş keçiriləcək.
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Ceyhun Bayramovun Rusiyaya səfərinin arxasında çox ciddi geosiyasi səbəblər dayanır.
“NATO-nun İstanbul sammitində kritik məsələlər müzakirə olundu və dünyaya mühüm mesajlar verildi. Onların sırasında Rusiya-Ukrayna müharibəsinin həlli məsələsi xüsusi yer tuturdu. Buna görə də Ceyhun Bayramovun Rusiyaya səfərinə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukraynaya səfəri fonunda baxmaq lazımdır.
Belə görünür ki, iki qardaş ölkə geniş siyasi məkanda təhlükəsizliyin, əməkdaşlığın və dinc yaşayışın təmin olunması istiqamətində imkanları gücləndirirlər.
Digər tərəfdən, Rusiyanın Azərbaycanla münasibətlərini yeni səviyyəyə yüksəltmək lazımdır. Buna görə də iki ölkə arasındakı məsələlərin daha dərindən müzakirəsinə ehtiyac var. Xarici işlər nazirinin səfərinin arxasında da bu məsələ dayana bilər.

Füzuli Qurbanov
Həmçinin konkret olaraq belə informasiyalar da yayılır ki, NATO sammitindən sonra Rusiya və Çin İstanbulda görüş keçirəcəklər. Onların da Türkiyə ilə bağlı müəyyən məqsəd və niyyətlərinin olduğu deyilir.
Vurğuladığım yeni proseslər fonunda bu, ölkəmizin diplomatik uğurlarından biri hesab oluna bilər”.
Turan Rzayev
Globalinfo.az