“Rusiyada səfərbərlik olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O, Rusiyada səfərbərliyə ehtiyac olmadığını açıqlayıb.
“Biz düşməni nəzarətimiz altına alınmalı olan ərazilərdən sıxışdırırıq. Bu mənada bizim səfərbər olmağa ehtiyacımız yoxdur. Biz bunu planlaşdırmırıq. Qeyd edim ki, 2024-cü ildə 160 min insan orduda xidmət üçün müqavilə imzalayıb”, – Putin bildirib.
Kreml rəhbəri Rusiyanın nüvə silahından istifadə etməsinin indi mümkün olmadığını da açıqlayıb.
“Bizim nüvə doktrinamız var və orada hər şey yazılıb. İstisna hallarda, yəni ölkənin suverenliyinə və ərazi bütövlüyünə təhlükə yarandıqda nüvə silahından istifadə mümkündür. Düşünürəm ki, belə bir hal yaranmayıb”, – Putin vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az