“Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə gündüz reyslərinin açılması barədə məlumatlar həqiqəti əks etdirmir”.
Globalinfo.az bildirir ki, bunu bu gün keçirilən brifinqdə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O bildirib ki, bu istiqamətdə heç bir iş görülmür:
“Hazırda yalnız gecə reysləri üzrə bilet satışları həyata keçirilir. Gündüz reyslərinin açılması ilə bağlı məsələ müzakirə edilmir”.