ABŞ və İran nümayəndələrinin Hörmüz boğazı ətrafında yaranmış fikir ayrılıqlarını müzakirə etmək məqsədilə iyunun 30-da Qətərin paytaxtı Dohada görüş keçirməsi planlaşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, tərəflər qarşılıqlı atəşkəsə riayət olunması və danışıqların başlanması barədə ilkin razılıq əldə ediblər:
“Dohada keçiriləcək görüşün əsas məqsədi Hörmüz boğazı ilə bağlı gərginliyi azaltmaq və mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün məsləhətləşmələr aparmaqdır”.
Safura Bənnayeva
Globalinfo.az