2026 06 28t043634z 518964479 up1em6s094iih rtrmadp 3 soccer worldcup dza aut pic4 zoom 1500x1500 99168

Moskvanın MOİK (CSKA) klubunun və SSRİ yığmasının keçmiş futbolçusu Dmitri Kuznetsov Avstriya və Əlcəzairin dünya çempionatının üçüncü turunda heç-heçə etmək üçün razılaşdıqlarını ehtimal edib.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “Rusfootball” məlumat yayıb.

“Əvvəlcədən razılaşma olmadan belə 3-3 hesablı heç-heçəyə inanmaq olarmı? Düşünürəm ki, bu məsələlər federasiya səviyyəsində həll olunur. Digər bir məsələ isə bunu oyunçulara necə çatdırmaqdır. Əlcəzair təsadüfən qol vuranda görünürdü, uşaqlar sevinc anında bir-birinə hər şeyi dedilər”, – deyə Kuznetsov bildirib.

Oyun Kanzas-Sitidəki “Arrowhead Stadium”da keçirilib və 3:3 hesabı ilə başa çatıb. Avropalıların heyətində Marsel Sabitzer, Marko Arnautoviç və Saşa Kalayciç fərqlənib, afrikalıların qollarını isə dubl edən Riyad Mahrez və Rafik Belqali vurub.

Bu oyundan sonra avstriyalılar və əlcəzairlilər dörd xal toplayaraq dünya çempionatının 1/16 finalına uğurla vəsiqə qazanıblar.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Hazırkı dünya çempionu 2022-ci ilin finalında Fransa milli komandasına qalib gələn Argentina yığmasıdır.

Paylaş: