“Araz Naxçıvan”la “Neftçi” arasında keçirilən qarşılaşma 1-1 hesabı ilə yekunlaşıb.
Globalinfo.az xəbər verir ki, nominal meydan sahibləri matçın 16-cı dəqiqəsində Ömər Buludovun qolu ilə hesabda önə keçsələr də, görüşün 95-ci dəqiqəsində Ramil Şeydayevin dəqiq zərbəsi ilə hesab bərabərləşib. Görüş bu hesabla da başa çatıb.
***
Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir qarşılaşması baş tutub.
Globalinfo.az xəbər verir ki, “Qarabağ” öz meydanda “Turan Tovuz”la qarşılaşıb.
“Azersun Arena”da keçirilən matçda qonaqlar qələbə qazanıb – 0:1. Matçda yeganə qolu 18-ci dəqiqədə Otto Con Ağdam təmsilçisinin qapısından keçirib.
Günün digər matçında “Araz Naxçıvan”la “Neftçi” üz-üzə gələcək.