AQACCjN3 ZXJT5SAeXOXeSxoR8VpwI4gBWXIpRejXv Tdxw yBmPTcv4YZCPmtnk9znVyV4NMagaemaBXMHZZjr0VTw

ABŞ rəsmiləri Atlantik okeanının dərinliklərində qalan məşhur “Titanik” gəmisindən əldə edilmiş tarixi əşyaların hərrac yolu ilə satılması planına etiraz ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat verib. 

Bildirilib ki, gəminin qalıqlarından əşyaların çıxarılması hüququna malik olan “RMS Titanic” şirkəti sərnişinlərə və ekipaj üzvlərinə aid şəxsi əşyaları, mətbəx avadanlıqlarını, eləcə də gəminin interyerinə aid müxtəlif dekorativ elementləri satışa təqdim etməyi nəzərdən keçirir.

Həmçinin şirkət əvvəlki razılaşmalarda okean dibindən çıxarılan artefaktların kommersiya məqsədilə satılmayacağını, onların yalnız muzey ekspozisiyalarında və səyyar sərgilərdə nümayiş etdiriləcəyini öhdəsinə götürmüşdü.

Bu səbəbdən planlaşdırılan hərrac tarixi irsin qorunması ilə bağlı yeni müzakirələrə yol açıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: