“Almaniya kansleri Fridrix Merz Böyük Britaniyanın baş naziri Kir Starmerin ardınca istefa verə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
“Merz əgər öz siyasətini dəyişməsə, növbəti ola bilər”, – deyə o bildirib.
Qeyd edək ki, 22 iyunda Böyük Britaniyanın baş naziri Kir Starmer Leyboristlər Partiyasının lideri postunu tərk edəcəyini elan edib.
O, tərəfdarları və əməkdaşları qarşısında çıxış edərək iki il əvvəl baş nazir seçilməsinin həyatındakı ən böyük nailiyyət olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az