NATO qoşunları artıq Ukraynadadır – Lakiyçuk

“NATO-ya üzv ölkələrin hərbi attaşeləri və hərbi nümayəndə heyətləri artıq Ukraynadadır”.

Globalinfo.az xəbər verir ki, bunu “Strategy XXI” Qlobal Araşdırmalar Mərkəzinin təhlükəsizlik proqramlarının rəhbəri Pavel Lakiyçuk bildirib.

Onun sözlərinə görə, tərəfdaş ölkələrdən bir sıra hərbi nümayəndə heyətləri vaxtaşırı Ukrayna əsgərlərinə yardım, planlaşdırma və təlim məsələləri ilə məşğul olmaq üçün gəlirlər:

“Bunlar da Alyansın hərbi qulluqçularıdır, yəni artıq bizimlə işləyirlər. Ukraynada NATO qoşunlarının olmadığını deyirlər. Bu, doğru deyil”.

Safura Bənnayeva
Globalinfo.az