oyun 1

Fransa və İraq yığmaları arasında dünya çempionatının qrup mərhələsinin II tur oyunu təxirə salına bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.

“İyunun 23-də Filadelfiyadakı Lincoln Financial Field stadionunda keçiriləcək görüş zamanı havanın temperaturunun +33°C-yə çatacağı, eyni zamanda güclü yağış və ildırım müşahidə olunacağı gözlənilir. Mövcud təhlükəsizlik protokoluna əsasən, belə hallarda matç müvəqqəti dayandırıla bilər”, – deyə bildirilib.

Qeyd edək ki, Fransa millisi ilk turda Seneqalı 3:1 hesabı ilə məğlub edib, İraq isə Norveçə 1:4 hesabı ilə uduzub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: