Bu payız İrəvanda keçiriləcək biomüxtəliflik üzrə COP17 konfransına hazırlıq işləri aktiv mərhələdə davam edir.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, tədbirin yüksək səviyyədə təşkili üçün aidiyyəti qurumlar tərəfindən intensiv hazırlıq işləri aparılır və beynəlxalq iştirakçıların qəbulu ilə bağlı bütün zəruri tədbirlər görülür.
O, tədbirin bir müddət əvvəl Azərbaycanda keçirildiyini vurğulayıb və Bakıdan sonra İrəvanda belə mötəbər bir tədbirin təşkil olunmasının mühüm addım olduğunu qeyd edib.
Baş nazir qeyd edib ki, konfrans biomüxtəlifliyin qorunması və ekoloji problemlərin müzakirəsi baxımından mühüm beynəlxalq platforma olacaq. O, tədbirin Ermənistan üçün də qlobal ekoloji gündəmdə fəal iştirak imkanları yaradacağını vurğulayıb.
Tahir Turan
Globalinfo.az