İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, o, hökumətə rəhbərlik etdiyi müddətdə İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb:
“Mən İsrailin baş naziri olduğum müddətdə İranın nüvə silahı olmayacaq. Bu məsələdə ABŞ Prezidenti Donald Trampla tam həmfikrik”.
Əliyar Xəlil
Globalinfo.az