ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında geri addım atmayacağını və “tam qələbə” əldə olunana qədər mübarizəni davam etdirəcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “DW” məlumat yayıb. Tramp qeyd edib ki, ona təzyiq göstərmək mümkün deyil və Tehranla qarşıdurmadan yorulmaq fikrində deyil.
“Biz tam qələbəyə nail olacağıq”, – deyə ABŞ lideri vurğulayıb.
O əlavə edib ki, həm ABŞ-da, həm də İranda sona qədər mübarizə aparmaq istəyən “dəlilər” var, lakin onun məqsədi vəziyyəti nəzarət altına almaq və hər şeyi yoluna qoymaqdır.
Tahir Turan
Globalinfo.az