ABŞ və İran arasında münaqişənin tənzimlənməsinə dair sülh sazişinin yekun mətni razılaşdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif məlumat verib.
O bildirib ki, Pakistan hazırda İran və ABŞ ilə növbəti addımların razılaşdırılması istiqamətində fəal iş aparır.
“Şayiələri bir kənara qoyaraq təsdiq edə bilərik ki, sülh sazişinin yekun və razılaşdırılmış mətni hazırlanıb. Pakistan hazırda hər iki tərəflə sıx əməkdaşlıq edərək növbəti mərhələlərin təsdiqlənməsi üzərində çalışır. Sülh heç vaxt indiki qədər yaxın olmayıb”, – deyə Şərif vurğulayıb.
Qeyd edək ki, rəsmi Vaşinqton və Tehran tərəfindən bu açıqlama ilə bağlı hələlik əlavə təsdiq və ya şərh verilməyib.
Əliyar Xəlil