Cəlilabad rayon sakinini ilan sancıb.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.

Kənd sakini 30 yaşlı Vasif Yəhyayev əkin sahəsində maşına ot bağlaması yükləyən zaman otun içində olan ilan onu qolundan sancıb.

Rayon xəstəxanasına çatdırılan V. Yəhyayevin səhhətinin orta-ağır olduğu bildirilir.

Paylaş: