Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası parlament seçkilərində səslərin 56,7%-ni toplayır.
Globalinfo.az xəbər verir ki, bu barədə “exit-poll”ların məlumatlarına istinadən “Civic News” internet resursu məlumat yayıb.
Resursun məlumatına görə, rusiyaəsilli erməni biznesmen, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası isə 17.5 faiz səs toplayır.
***20:16
Ermənistanda keçirilən parlament seçkilərində səsvermə prosesi yekunlaşıb.
Globalinfo.az xəbər verir ki, saat 20:00-dan etibarən ölkənin bütün ərazisində açılmış 2005 seçki məntəqəsinin hamısı bağlanıb.
Məntəqələr bağlandıqdan dərhal sonra seçki komissiyaları tərəfindən səslərin hesablanmasına start verilib.