abs iran

ABŞ Mərkəzi Komandanlığı İranın Qeşm adasında yerləşən hərbi yerüstü idarəetmə məntəqəsinə zərbə endirdiyini açıqlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ bazalarına hücum etdiyinə dair məlumatlar yayıb. Lakin ABŞ bu iddiaları təkzib edib.

Həmçinin gecə saatlarında BƏƏ və Küveyt ərazilərinə yeni hücumların olduğu deyilir.

Yaxın Şərqdə müharibə yenidən alovlanır?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Yaxın Şərqdə vəziyyət onsuz da kövrəkdir:

“Regionda daşlar hələ yerinə oturmayıb. Hər an yeni müharibə başlaya bilər. ABŞ və İranın ciddi kompromislərə getmək istəməməsi prosesi daha da mürəkkəbləşdirir. Üstəlik, İsrail də “suları bulandırır”.

Əgər iddialar doğrudursa, BƏƏ və Küveyt cavab tədbirləri görəcək. İranla müharibə təkrar başlayarsa, bu dəfə qarşıdurma daha uzun çəkəcək və ağır nəticələrlə yadda qalacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: