“Siyasi rəqiblərim İranla sülh sazişi əldə etməyimə mane olur”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp bildirib ki, “siyasi oyunbazlar” davamlı şəkildə ona daha sürətli və ya daha yavaş hərəkət etməli olub-olmaması, müharibəyə başlamaq və ya ondan uzaq durmaq kimi mövzularda təzyiq göstərirlər. Tramp bu vəziyyətin işini düzgün şəkildə yerinə yetirməyə mane olduğunu qeyd edib.
Bununla yanaşı, ABŞ lideri Tehranla razılaşmanın mümkünlüyünə inandığını və İranın həqiqətən də belə bir sazişdə maraqlı olduğunu düşündüyünü bildirib. Onun fikrincə, bu razılaşma həm ABŞ, həm də onun müttəfiqləri üçün faydalı ola bilər.
Safura Bənnayeva
Globalinfo.az