“Rusiya Kiyevə zərbə hədələri ilə əslində ABŞ Prezidenti Donald Trampı Ukraynaya təzyiq göstərməyə çağırır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hücumlarla həm ukraynalıların iradəsini qırmaq, həm də Trampa mesaj vermək istəyir.
“Putin Trampa demək istəyir ki: “Bunu etməyimi istəmirsənsə, Ukraynanı mənim şərtlərimə razı sal”. Bu, güzəşt yox, kapitulyasiyadır”, – Kuleba bildirib.
Mayın 25-də Rusiya XİN bəyan edib ki, Ukraynadakı “qərarvermə mərkəzləri”nə zərbələr endiriləcək. Moskva bunu Ukraynanın Luqansk istiqamətindəki hücumlarına cavab adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az