nSj5EmK1yYqjoZuMa8Ho8KUXAFMZj5e1b8gJ2CQz 1200

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa və dəniz blokadasını qıra bilər.

Globalinfo.az xəbər verir ki, bunu İslam İnqilabı Liderinin hərbi müşaviri Möhsün Rzayi deyib.

İran Hörmüz boğazına qarşı istənilən təcavüzə və Fars körfəzinə müdaxiləyə sərt, ağrılı və misli görünməmiş cavab verəcək”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın dəniz blokadasının sülh müqaviləsi imzalanana qədər davam edəcəyini demişdi.

O, həmçinin keçmiş prezident Barak Obamanın dövründə İranla əldə edilən nüvə sazişini tənqid etmiş və bunu “ölkə tarixindəki ən pis sazişlərdən biri” adlandırmışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: