“Türkiyə ABŞ və İran arasında əldə olunacaq hər hansı bir razılaşmanın icrasında hərtərəfli dəstək verməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki,bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Ankara hər zaman problemlərin dialoq və diplomatiya yolu ilə həllinin tərəfdarı olub.
“Türkiyə region ölkələrinin bir-birinə təhdid yaratmayacağı yeni bir dövrün başlamasını arzulayır”, – deyə Ərdoğan qeyd edib.