tramp 0112 900x600 1

Ağ Evin rəsmi hesabında maraqlı paylaşım edilib.

Globalinfo.az xəbər verir ki, Prezident Donald Trampın olduğu fotoda “ABŞ-ın düşmənləri” adlandırılan şəxslər göstərilib.

“Amerikanın düşmənləri Donald Tramp tərəfindən neytrallaşdırılıb”, – deyə yazılıb.

Alt hissədə isə “Ədalət bərqərar olacaq” ifadəsi qeyd olunub.

Paylaşılan görüntüdə Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro, İranın mərhum ali lideri Əli Xamenei, İŞİD təşkilatının komandirlərindən biri olan Əbu-Bilal əl-Minuqi və Kuba inqilabının keçmiş lideri Raul Kastro yer alıb.

Onların hər birinə “həbs edilib”, “likvidasiya olunub” və ya “ittiham edilib” kimi statuslar verilib.

Məlumata görə, ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat nəticəsində Nikolas Maduro saxlanılıb və hazırda nəzarət altındadır.

Əli Xamenei ABŞ və İsrailin İrana qarşı keçirdiyi hava zərbələri zamanı öldürülüb.

Əbu-Bilal əl-Minuqinin də ABŞ əməliyyatı nəticəsində məhv edildiyi bildirilir.

Raul Kastroya isə ABŞ tərəfindən rəsmi ittihamlar irəli sürülüb.

agev

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: