
Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edən qonaqlar arasında fransız nümayəndələr də yer alır.
Globalinfo.az-a danışan Fransa nümayəndələri arasında mənzil üzrə qlobal məsləhətçi və tədqiqatçı alim Orna Rosenfeld bildirib ki, o, 50-dən çox hökumətlə investisiyalar və şəhərlərlə birgə həyata keçirilən layihələr üzrə əməkdaşlıq edir:
“Bakıya və Azərbaycana ilk dəfədir gəlirəm və burada olmaq çox xoşdur. Bu, mənim ilk iştirakımdır, amma uzun illərdir BMT-nin müxtəlif agentlikləri ilə oxşar sahələrdə çalışıram”.
Rosenfeld forum başa çatanadək Azərbaycanda qalacaq:
“Mən dünyanın müxtəlif ölkələrində bir çox beynəlxalq konfranslarda spiker və əsas məruzəçi kimi iştirak etmişəm. Məsələn, “Smart City Expo World Congress”, “World Cities Summit” və BMT və Avropa Komissiyası tərəfindən təşkil olunan bir çox tədbirlərdə çıxış etmişəm. Buna görə də Bakını bu təcrübələr əsasında qiymətləndirirəm. Artıq ilk gündən deyə bilərəm ki, siz ən yüksək səviyyəyə yaxınsınız. Hər şey möhtəşəmdir, təşkilatçılıq çox yüksək səviyyədədir. Qonaqpərvərliyinizə görə ayrıca təşəkkür edirəm”.
Ayan Abbaslı
Globalinfo.az