trampp 900x600 2

“Əgər Hollivudda Çin liderini canlandıracaq aktyor axtarsaydılar, onun kimi birini tapa bilməzdilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Si Cinpin Çin üçün kifayət qədər hündürboyludur.

“Burada insanlar adətən bir az daha qısa boylu olur”, – ABŞ Prezidenti əlavə edib.

Mayın 13-də Donald Tramp Çinə gedib. Tərəflər ABŞ-Çin əməkdaşlığını, Yaxın Şərq və Ukraynadakı münaqişələri, həmçinin Hörmüz boğazı məsələsini müzakirə ediblər.  Çin lideri Trampın səfərini “tarixi” adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: