nuv%C9%99 silahi 1jpg 1666610515

ABŞ kəşfiyyatının dəyərləndirməsinə görə, son döyüşlər İranın nüvə proqramına əhəmiyyətli dərəcədə zərər vurmayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Ağ Ev rəsmiləri hesab edirlər ki, İran nüvə silahı yaratmaq qərarı verərsə, bunun üçün təxminən 9-12 ay vaxt tələb oluna bilər. Bu göstəricinin ötən illə müqayisədə demək olar dəyişmədiyi bildirilir.

Məlumata əsasən, İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatı böyük ölçüdə toxunulmaz qalıb və tam hesabata alınmayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: