Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin vəziyyəti ağırdır.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hazırda əməliyyat olunan A.Nəsirli bədəninin bir neçə nahiyyəsindən yanıq xəsarətləri alıb.
Milli Onkologiya Mərkəzinin əməliyyatxanasında yerləşdirilən həkimin əməliyyatı davam edir.
Partlayış zamanı isə xəstələrdən biri hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Hadisə təxminən 14:30 radələrində baş verib.
***15:44
Oxu.az-ın xəbərinə görə, Şüa-diaqnostika şöbəsinin I mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.
Fotoda: Asif Nəsirli
X X X
Milli Onkologiya Mərkəzində otaqlardan birində partlayış baş verib.
Globalinfo.az bildirir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim isə xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma aparılır.