yangin

Gəncə şəhərində beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində ümumi sahəsi 6 m² olan elektrik otağında 1 ədəd elektrik lövhəsi yanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş: