3c36dcb0 f1e1 403a b234 d2c124e995f4 2

Ağsu rayonunda bir neçə kəndi birləşdirən avtomobil yolunun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Globalinfo.az xəbər verir ki, xüsusilə yolun 78-ci kilometrliyində asfalt örtüyünün dağılması nəqliyyatın hərəkətinə ciddi maneələr yaradır.

Bildirilir ki, bu yol ümumilikdə 10-dan çox kəndin, təxminən 10 min sakinin istifadə etdiyi əsas alternativ marşrutlardan biri olmaqla yanaşı, Şamaxı və Ağsu rayonlarını birləşdirir.

Sakinlərin sözlərinə görə, onlar hər gün bu yolda əziyyət çəkirlər:

“Hər gün istifadə edirik, hər gün də zülm çəkirik. Canımız da gedir, maşınımız da. Ehtiyat hissələri bahadır, təmir etdirmək mümkün olmur”.

Yolun bərbad vəziyyəti təcili tibbi yardım və digər nəqliyyat vasitələrinin hərəkətinə də çətinlik yaradır. Hətta bəzi hallarda sürücülər bu istiqamətə getməkdən imtina edir. Sakinlərin sözlərinə görə, yağışlı havada vəziyyət daha da ağırlaşır.

Daha ətraflı Baku TV-nin süjetində:

Paylaş: