Yaponiyanın şimalındakı Aomori prefekturasında quş qripi epidemiyası aşkar edildikdən sonra təxminən 230 min toyuğun məhv edilməsinə başlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.
“İnfeksiyanın daha da yayılmasının qarşısını almaq üçün 32 quşçuluq fermasının ətrafında 10 kilometr radiusda karantin zonaları yaradılıb.
Hakimiyyət orqanları və ekspertlər ciddi iqtisadi nəticələrdən narahatdırlar.
Xüsusilə, 2023-cü ildə baş verən oxşar bir epidemiya Yaponiyada yumurta qiymətlərinin kəskin artmasına səbəb oldu, qiymətlər 76% artdı və Tokiodakı bəzi mağazalarda qıtlıq yarandı”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az