Rəsmi Kiyev Prezident Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüşün təşkili üçün Türkiyə və digər ölkələrə müraciət edib.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.
O bildirib ki, Xarici İşlər Nazirliyi Türkiyəyə ünvanlı müraciət göndərib, həmçinin görüşün təşkili üçün bəzi digər paytaxtlardan da dəstək xahişi edilib, lakin həmin ölkələrin adı açıqlanmayıb.
XİN başçısı Rusiya paytaxtı Moskva və Belarusun paytaxtı Minskin Zelenski-Putin görüşü üçün mümkün məkan kimi nəzərdən keçirilmədiyini vurğulayıb.
“Əgər Moskva və Minsk istisna olmaqla başqa bir paytaxt belə bir görüşü təşkil etsə, gedəcəyik. Bu, bizim üçün vacibdir,” – Sibiqa qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az