M%C9%99h%C9%99mm%C9%99d Baqer Qalibaf 900x506 2

İranda ABŞ-la danışıqlara görə gərgin mübahisə yaşanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

Bildirilir ki, Vaşinqtonla son danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən parlamentin sədri Məhəmməd Bağır Qalibaf Ali Milli Təhlükəsizlik Şurasının üzvü Səid Cəlili və radikal deputat Əmirhüseyn Sabeti kimi şəxsləri “İrana zərər verə biləcək ekstremist qruplar” adlandırıb.

“O, bu düşərgənin dövlət televiziyasından istifadə etdiyini və ABŞ-la mümkün razılaşmaya qarşı çıxışı gücləndirmək üçün radikal tərəfdarları səfərbər etdiyini deyib.

Qalibaf həmçinin parlament sədri vəzifəsindən uzaqlaşdırılma ehtimalından və xarici işlər naziri Abbas Əraqçinin vəzifədən kənarlaşdırıla biləcəyindən narahatlığını ifadə edib”, – deyə nəşr qeyd edib.

Safurfa Bənnayeva
Globalinfo.az

Paylaş: