1746884876 inbound4593696711228769087

Ukrayna vətəndaşlarının Gürcüstana deportasiyasını silah kimi istifadə etməyi dayandırın”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa deyib.

Kiyev Rusiyadan deportasiya ediləcək ukraynalıları birbaşa sərhədə gətirməyi tələb edib.

Rusiya Ukrayna vətəndaşlarının Gürcüstan vasitəsilə deportasiyasından rıçaq vasitəsi kimi istifadə edir. Biz təklif edirik ki, Rusiya onları birbaşa Ukrayna sərhədinə çatdırsın”, – Sıbiqa qeyd edib.

Ukraynanın xarici işlər naziri bildirib ki, iyun ayından Rusiya bu ölkədən Gürcüstanla sərhədə deportasiya edilən ukraynalıların sayını xeyli artırıb. Onların bir çoxu məhkumdur və müvafiq sənədləri yoxdur. Ona görə də Gürcüstan hakimiyyəti onları buraxmır.

Ukraynalı qaçqınlara yardım edən Gürcüstanın “Tiflis könüllüləri” təşkilatı daha əvvəl məlumat verib ki, neytral zonada onların ən zəruri ehtiyacları belə yoxdur.

Sıbiqanın sözlərinə görə, Ukrayna konsulluq orqanları öz həmvətənlərinə kömək etməyə çalışır və artıq 43 nəfəri Moldova vasitəsilə öz vətənlərinə qaytarmağa nail olublar. Bununla belə, deportasiya edilənlərin çoxu hələ də sərhəddədir.

“Biz Rusiyaya açıq şəkildə bu kateqoriyadan olan vətəndaşlarımızı birbaşa Ukrayna sərhədinə göndərməyi təklif edirik. Onları qəbul etməyə hazırıq. Təklifi birbaşa və rəsmi kanallar, eləcə də  beynəlxalq təşkilatlar vasitəsilə çatdırırıq”, – Sıbiqa vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: